İran Ermənistanla qaz müqaviləsini uzadıb
Ermənistan və İran "Elektrik enerjisi müqabilində qaz” sazişinin müddətinin uzadılmasına dair sənəd imzalayıblar, Rusiya KİV-i Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Sazişi "İrəvan İstilik Elektrik Stansiyası” QSC-nin baş direktoru Aram Qazaryan və İran İslam Respublikasının neft nazirinin müavini, Milli Qaz Şirkətinin direktoru Məcid Çegeni imzalayıblar.
"Bu, qaz idxalının və elektrik enerjisinin ixracının artırılmasına imkan yaradacaq ki, bu da şübhəsiz ki, hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək”, - deyə ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.
Müqavilə 2030-cu ilə qədər uzadılıb.
www.anews.az

Ermənistan və İran 2009-cu ildən qaz müqabilində qarşılıqlı elektrik enerjisi tədarükünə başlayıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib