• $
  • €
  • ₽
  • ₺
  • £

Çimərliklərdə təhlükəsizlik qaydaları barədə tədbirlər keçirilib

Çimərliklərdə təhlükəsizlik qaydaları barədə tədbirlər keçirilib
12.08.2023 14:46
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış və çimərliklərdə təhlükəsizlik qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonunun Zirə qəsəbəsindəki Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunun Novxanı qəsəbəsindəki çimərlikdə, Sumqayıt Bələdiyyəsinin "İnşaatçı” məhəllə komitəsində, Gəncə Regional Mərkəzi tərəfindən Gədəbəy rayonu Çalburun kənd körpələr evi-uşaq bağçasında, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir şəhər Dezinfeksiya Stansiyasınında, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran–Astara Regional Məşğulluq filialında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qax rayonunun Gigiyena və Epidemiologiya Mərkəzində və Olimpiya İdman Kompleksində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayon Heydər Əliyev Mərkəzində və Qarabağ Regional Mərkəzi tərəfindən "Aztelekom” MMC-nin Tərtər rayon şöbəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol