Qusar-Quba yolunda avtobus aşıb, 19 nəfər yaralanıb - Yenilənib

Bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.
Hazırda faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
11:53
Qusar-Quba reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb.
Bu barədə "Report" xəbər verir.
İlkin məlumata görə, qəza nəticəsində 19 nəfər yaralanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























