• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər dənizi 2050-ci ilədək quruya bilərmi? - EKOLOQLAR

Xəzər dənizi 2050-ci ilədək quruya bilərmi? - EKOLOQLAR
15.08.2023 18:55
Xəzərdə suyun səviyyəsi ötən 4 il ərzində azalıb və azalma 38 santimetr təşkil edib.  Bu azalma miqdarı 90-cı illərdən indiyədək 170 santimetr təşkil edir.  Bunu Təbiəti Qoruma Beynəlxalq Birliyinin üzvü İman Qəduri bildirib.
 

Onun sözlərinə görə, su səviyyəsinin azalması indiki minvalla davam edərsə, Xəzər dənizi 2050-ci ildə tamamilə quruyacaq.
 
Ekoloq Rövşən Abbasovun sözlərinə görə, Xəzər dənizinin 2050-ci ilədək quruyacağı na inanmır.
 
"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı proqnozlar var. Bu proqnozlar onu göstərir ki, Xəzər dənizi 2100-cü ilə qədər -33 metrə qədər düşə bilər. Amma, bu proqnozlarla razılaşmayan digər mütəxəssislər də var. Onlar öz qiymətləndirmələrində göstərirlər ki, Xəzər dənizində səviyyə azalmaları periodikdir, yəni, bir müddət su azalır və sonra yenidən artmağa başlayır. Əgər, biz tarixi dövrə baxsaq, ikinci versiyanın daha real oldğunu görərik. Çünki, Xəzərdə səviyyə tərəddüdləri üzərində aparılan  uzunmüddətli müşahidələri göstərir ki, dənizdə ən aşağı səviyyə 1978-ci ildə olub. Bu zaman səviyyə -29 metrdən də aşağı olmuşdur. Lakin, 1978-ci ildən sonra səviyyənin gözlənilmədən qalxması müşahidə olunmuşdur. Bu qalxma 1995-ci ilə qədər davam etmişdir. Bu qalxma nəticəsində də sahilyanı ərazi və bir çox yerlər su altında qalmışdı. Ümumiyyətlə Xəzərin səviyyəsini proqnozlaşdırmaq çox çətindir. Xəzərdə indiki dəyişmələr qlobal iqlim dəyişmələri fonunda baş verir. Buna görə də guman etmək olar ki, get-gedə daha çox azalma baş verəcək. Çünki Xəzərə tökülən çayların suları azalıb. Amma mən bunun dövrü olaraq baş verəcəyini güman edirəm. Yəni yenidən qalxma ola bilər. Xəzər dənizi tamamilə quruya bilməz, çünki, dənizin səviyyəsi də aşağı düşəndə ondan gedən buxarlanma azalır və buxarlanmanın azalması nəticəsində su itkiləri azalır və yeni bir səviyyə balansı bərpa olunur", - ekoloq deyib.
 
Ekoloq Qorxmaz İbrahimli isə Xəzərin quruması ilə bağlı olan iddiaları tamamilə cəfəngiyyat adlandırıb.

"Bu hesablamanın hansı mexanizim ilə aparıldığını bilmirəm. Belə bir şey ola bilməz, bu, cəfəngiyyatdır. Hazırda Xəzər dənizində azalma gedir. Qlobal iqlim dəyişikliyinin buna müxtəlif təsirləri var. Xəzər dənizi Alp-Himalay  dağ əmələgəlmə  qurşağındadır və bu qurşaqda son geoloji dövrdə çəkilmə nəticəsində Xəzərdə bu vəziyyət yaranıb. Yaxın otuz ildə  Xəzər dənizinin quruyacağı ehtimalı yoxdur. Çünki, onun su daşıyıcıları olan Volqa, Kür, Araz və Terek, Ural kimi çayları var. Bu çaylar Xəzər dənizini qurumağa qoymurlar. Xəzər dənizində səviyyənin düşməsi 1989-cu ildən sonra başlayıb. Hal-hazırda qlobal istiləşmə və Volqa və digər çayların ətrafında əkin yerlərinin çoxalması ilə əlaqədar Xəzərə su çox az gəlib çıxır. Eyni zamanda hal-hazırda Xəzərdə güclü buxarlanma gedir. Bu buxarlanma nəticəsində Xəzərin suyu azalır. Məncə, yaxın onilliklərdə Xəzərin quruması ehtimalı yoxdur və bununla bağlı iddialar yalandır", - İbrahimli bildirib.
 
Xəzərdə suyun səviyyəsinin enməsi bundan əvvəl 1977-1994-cü illərdə baş vermişdi. 1977-ci ildə dənizin səviyyəsi indikindən 1 metr aşağı idi. Lakin 1977-1995-ci illərdə yenidən 2,5 metr artaraq, əvvəlki səviyyəsini bərpa etdi. 2005-ci ildən başlayaraq, yenidən tədricən azalma başladı. Bir sıra mütəxəssislər budəfəki enmənin daha acınacaqlı olacağını, suyun səviyyəsinin yaxın 75 ildə 5-6 metrə qədər enəcəyini və Şimali Xəzərin tamamilə quruyacağını iddia edirlər. Alman və holland alimlərinin "Nature Communications Earth & Environment” jurnalında dərc olunan məqaləsində isə müxtəlif ssenarilərə görə, bu əsrin sonuna qədər Xəzərdə suyun səviyyəsinin 9-18 metr aşağı düşəcəyi bildirilir.
 
Eltac Nurullazadə
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol