Səhiyyə nazirliyinin rəsmisi koronavirusun yeni ştampının riskli olmayacağını deyir

Koronavirusun yayılan yeni ştampının ağır xəstəliyə səbəb olması təhlükəsi yoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Omikron ştamının yeni variantının - EG.5-in, o cümlədən virusun yeni ştamlarının əmələ gəlməsi onun mutasiyaları ilə əlaqədardır: "Bu da təbii prosesdir və virusun təkamülünün bir mərhələsidir. Təcrübə göstərir ki, ən yeni ştam əvvəlkini yoluxdurma qabiliyyətinə və bununla bağlı yayılma sürətinə görə üstələsə də, ağır xəstəlik törətməsi qabiliyyəti xeyli zəifləyir", - nazirlik rəsmisi bildirib.
Avqustun 9-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal miqyasda halların artması səbəbindən EG.5-i maraq variantı kimi təsnif edib. Ən son Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, avqustun 5-də başa çatan iki həftəlik müddət ərzində EG.5 ABŞ-da təsdiqlənmiş yeni COVID-19 hallarının təxminən 17,3%-ni təşkil edib.
EG.5 virusu omikron virusunun alt nəslindəndir.
ÜST-ün məlumatına görə, EG.5 bəzi ölkələrdə və hətta qlobal miqyasda halların artmasına səbəb ola və dominant hala gələ bilər.
EG.5 virusu omikron virusunun alt nəslindəndir.
ÜST-ün məlumatına görə, EG.5 bəzi ölkələrdə və hətta qlobal miqyasda halların artmasına səbəb ola və dominant hala gələ bilər.
Mütəxəssislər, COVID-19 hadisələri artdıqca, xüsusən də qrip kimi oxşar simptomlara səbəb olan virusların yayıldığı payız dövründə testdən keçməyin vacibliyini vurğulayırlar.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-nə kimi uzadılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-nə kimi uzadılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























