• $
  • €
  • ₽
  • ₺
  • £

XİN İrandakı terror aktını pisləyib

XİN İrandakı terror aktını pisləyib
14.08.2023 14:21
Azərbaycanın Xarici İşlər Nazirliyi İranın Şiraz şəhərindəki terror aktını pisləyib. Bu barədə nazirliyin rəsmi "X" sosial hesabında paylaşımı olub. 
 
"Azərbaycan terrorizmdən əziyyət çəkir və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumda həlak olanların ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk", - paylaşımda bildirilib.
 
Avqustun 13-də İranın Şiraz şəhərində Şah Çıraq ziyarətində terror aktı baş verib. Hadisə nətincəsində 7 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir. 
 
Adıçəkilən ziyarətgahda 2022-ci ildə də terror aktı qeydə alınmışdı. 
 
Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin digər iki əməkdaşı yaralanıb. Tehran polisinin komandiri general Hüseyn Rəhimi mətbuata açıqlamasında bildirib ki, hadisəni törədən şəxs həbs olunub. İlkin məlumata görə hadisə şəxsi məsələ zəmnində baş verib. 
 
Azərbaycan prezidenti və Xarici İşlər Nazirliyi baş verən hadisəni terror aktı kimi qiymətləndirib. İran baş verən hadisəyə görə istintaqda cinayəti törədən şəxsə ən ağır cəza verəcəyini açıqlasa da hələlik bununla bağlı ciddi tədbir görməyib. 
 
Gülnar 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol