• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlərə müjdə: Şəkər çuğundurunun alış qiyməti qaldırıldı

Fermerlərə müjdə: Şəkər çuğundurunun alış qiyməti qaldırıldı
14.08.2023 14:49
Ölkədə şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan fermerlərin maddi təminatının və gəlirlərinin artırılması məqsədi ilə Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən şəkər çuğunduru alış qiymətləri artırılıb.

"Azərsun Holdinq”dən  verilən məlumata görə, 2023-24 təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq məhsulun alış qiymətləri ötən il ilə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə müvafiq olaraq 4 manat artırılıb.
Ətraflı

Qeyd edilib ki, şəkər çuğunduru alışı qiyməti ötən il də 5 manat artırılmışdı:

"Beləliklə şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 16 faiz optimal şəkərlilik dərəcəsinə uyğun olaraq 85 manata çatdırılıb.Əlavə olaraq bildiririk ki, ötən ilə nisbətən bu il dövlət tərəfindən də hər ton şəkər çuğunduruna subsidiya məbləği də 6 manat artırılıb.

Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən hər bir ton üçün ödənilən məhsul subsidiyasının məbləği 12 manatdan 18 manata çatdırılıb. Qeyd edək ki, fəaliyyətə başladığı gündən İmişli və ətraf bölgələrdə yaşayan insanların sosial-rifah halının yüksəlməsi, habelə ölkəmizin müxtəlif bölgələrində yaşayan on minlərlə fermerin həyat şəraitinin yüksəlməsində müstəsna rol oynayan İmişli Şəkər Zavodu fəaliyyətini tam gücü ilə davam etdirir və satış nöqtələrini kəsintisiz olaraq məhsulla təmin edir”.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol