• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqlara istənilən adı vermək olarmı?

Uşaqlara istənilən adı  vermək  olarmı?
15.08.2023 17:49
Bakı  sakini Kamil Kamilzadə yeni doğulan qızına Larisa adını qoymaq istəsə də, Asan xidmət mərkəzindən buna icazə verməyəcəklərini bildiriblər. Səbəb olaraq isə ölkədə son 10 ildə bu adın heç kimə qoyulmadığını, adın milli ad olmadığını, adlar kitabına salınmadığını  deyiblər.
 
Vətəndaş bildirir ki, milli ada sahib olmayan kifayət qədər tanıdığı insanlar var. 
 
"Tanıdığım adamlar arasında Melissa, Jasmin, Milana, Melin adlarının daşıyıcıları var. Bunlar da milli ad deyil və bəziləri adlar kitabında yoxdu. Soruşuram ki, bu adlara niyə icazə var? O adı çox adam qoyduğundan icazə veririk. Mən bu adı qoymaq üçün nə etməliyəm?", - vətəndaş bildirib.
 
Hüquqşünas Əsabəli Müstafayevin sözlərinə görə, qadağan olunmuş adların siyahısı hər il Ədliyyə Nazirliyi tərəfindən hazırlanır və əgər, vətəndaş imtina cavabınının gəlməsindən narazıdırsa, inzibati icraat qaydasında məhkəməyə müraciət edə  bilər.
 
"Hər il belə bir siyahı tutulur ki, hansı adlar milli adətlərə uyğun gəlmir. Buna uyğun da müəyyən adların qoyulmasına qadağa qoyulur. Görünür Asan Xidmət burada o siyahıya istinad edərək imtina cavabı verib. Bu məsələ ilə məşğul olan qurum Ədliyyə Nazirliyidir və mövcud siyahılar orada hazırlanır. Yəni, vətəndaş Asan Xidmətə müraciət edərkən, ona imtina cavabınının gəlməsinə səbəb Ədliyyə Nazirliyidir. Bu imtinanı onlar verir. Bu məhdudiyyət  tək Asan Xidmət tərəfindən qoyulmur, eyni zamanda zaks dediyimiz qeydiyyat şöbələrində bu siyahılar mövcuddur və imtinalar oradan da verilə bilər. Bu məsələ ilə bağlı bir neçə yanaşma var. İctimaiyyətdə bu məsələyə münasibət müxtəlifdir. Bəzi insanlar  fikirləşirlər ki, bu addım insan hüquqlarına ziddir. İstinad da gətirirlər ki, xarici ölkələrdə belə bir məhdudiyyət yoxdur. Bəzi insanlar isə düşünürlər ki, buna nəzarət olmadıq da, uşaqlara ictimai dünya görünüşünə, milli mentalitetə uyğun olmayan adlar qoyulur. Məncə bu mövzuda müəyyən məhdudiyyətlər olmalıdır. Çünki, bəzən valideyn uşağa ad qoyarkən fikirləşmir ki, uşaq böyüyəndən sonra, bu, uşağa necə təsir göstərəcək. Adlar həmişə uğurlu olmur. Ona görə də uşaqlar bəzi hallarda onlara qoyulan ada görə böyüyəndə utanırlar. Valideynlər uşaqlara ad qoyarkən, onların gələcəkdə yaşayacağı cəmiyyəti fikirləşməlidirlər. Əgər, hər-hansı bir şəxs uşağına ada qoyarkən, ona imtina cavabının gəlməsini öz hüquqlarının pozulması kimi qiymətləndirirsə, o, inzibati icraat qaydasında məhkəməyə müraciət edə bilər", - hüquqşünas bildirib.
 
Psixoloq Fərqanə Mehmanqızı bildirir ki, valideynlər uşaqlara ad qoyarkən, onun gələcəyini fikirləşməlidir.
 
"Ümumiyyətlə, uşaqlara adlar qoyulanda valideynlər bir az düşünməlidirlər ki, adların insan həyatına təsiri var. Hər sözün öz ağırlığı, enejisi olduğu kimi insan adlarının da insanın həyatına, xarakteristikasına, baxış tərzinə öz təsiri var. Həm də gələcəkdə həmin şəxsi çağıran insanlar onu məhz bu adla olan münasibətdən bəhs edirlər. Məsələn İnci adı götürək, bir xanıma İnci dedidikdə istər-istəməz həmin xanımın içində incə hislər yaranır və yaxud da kobud bir ad qoyanda və həmin insanla əlaqəsi olmayan adlar qoyanda həmin insan başqalarına da kobud hislər bağışlayır. Ona görə də insana ad qoyduqda onun məna kəsbinə çox önəm vermək lazımdır. Biz valideyn olaraq düşünürük ki, ancaq biz ona ad verir, lakin, gələcəkdə cəmiyyət də bu adla həmin şəxsə önəm verəcək”,  - psixoloq bildirib.

Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, 2022-ci ildə doğulan oğlan uşaqlarına ən çox "Uğur" adı qoyulub. Bu ad altı ayda 1037 uşağa verilib. Statistikaya əsasən, oğlan adlarında sonrakı yerləri Əli (1009), Yusif (922), Hüseyn (918), Məhəmməd (690), Ömər (616), Raul (578), Murad (570), Tunar (451) və Adəm (446) tutur.
 
Bu il qız uşaqlarına ən çox "Zəhra" adı verilib (1010). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (823), Məryəm (802), Aylin (802), Fatimə (684), Nilay (681), Mələk (652), Nuray (541), İnci (536) və Ayladır (534).
 
Son beş il ərzində oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Zəhra və Yusif adları verilib. Beş il ərzində 9 min 588 qız uşağına Zəhra, 9 min 449 oğlana isə Yusif adı qoyulub.
 
Eltac Nurullazadə

 
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol