1390 tibbi xidmətin tarifləri artırılıb - RƏSMİ

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin sayı artırılıb. Nazirlər Kabineti tərəfindən təsdiq edilən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə 794 sayda yeni tibbi xidmət əlavə edilib. Nəticədə Xidmətlər Zərfindəki tibbi xidmətlərin sayı 3344-ə çatdırılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir. Yeni xidmətlər sırasına vətər, əzələ, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
https://ad.doubleclick.net/ddm/pfadx/N1098691.3855432SMARTBEE/B29118340.356464816;sz=0x0;ord=[timestamp];dc_lat=;dc_rdid=;tag_for_child_directed_treatment=;tfua=;dcmt=text/xml;dc_sdk_apis=[APIFRAMEWORKS];dc_omid_p=[OMIDPARTNER];dc_vast=3;gdpr=${GDPR};gdpr_consent=${GDPR_CONSENT_755};ltd=Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu transplantasiya əməliyyatları zamanı və transplantasiyadan sonra resipiyentin (donoru qəbul edən şəxs) dərman təchizatı da Xidmətlər Zərfi ilə təminata alınıb.
Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.
Təminata alınmış əməliyyatlar sırasına ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər əlavə olunub.
İxtisaslaşdırılmış ambulator tibbi xidmət üzrə:
İxtisaslı həkim müayinəsi – 17 manatdan 25 manata artıb
Ginekoloqun müayinəsi (USM ilə) - 25 manatdan 35 manata artıb
Laboratoriya xidməti üzrə:
Kalsiferol (Vitamin D) - 13 manatdan 21 manata artıb
Stasionar tibbi xidmətlər üzrə:
Tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı - 4000 manatdan 4500 manata artıb.
Yenilənmiş Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış ola bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























