Blogger "Nikosayağı" qəzaya düşüb- Qolu amputasiya olunub

Sosial şəbəkələrdə "Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Nicat Şakirli idarə etdiyi "Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb.
Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.
Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, ayağından xəsarət alıb.
Hazırda polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.
Qəza ilə bağlı TƏBİB məlumat yayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























