Wolt Azərbaycanda fəaliyyətini məhdudlaşdırıbmı?

Avqustun 14-ü "Wolt Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin
fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi
barədə qərar qəbul edilib. Bu barədə Azərbaycan Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
www.anews.az
AQTA-dan bildirilib ki, aşkarlanmış nöqsanlarla
əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması
fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən
şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin
tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində
müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin
yoxlanılması ilə əlaqədar "Volt Azərbaycan” MMC-də plandankənar yoxlama
keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı,
həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi
müəyyən olunub.
Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
AQTA tərəfindən MMC-nin fəaliyyətinin
məhdudlaşdırılması ilə bağlı qərar verilsə də, şirkətin əməkdaşları heç bir
məhdudiyyətin olmadığını və fəaliyyətlərinə davam ettiklərini bildirirlər.
Məsələ ilə bağlı Wolt MMC-nin əməkdaşları ilə əlaqə
saxlamağa çalışdıq.
Şirkətin
əməkdaşı Heydər İbrahimov bildirir ki, heç bir məhdudiyyət tətbiq olunmayıb və şirkət normal qaydada fəaliyyətini davam etdirir.
"Şirkətin
fəaliyyətinin dayandırılması ilə bağlı xəbəri dünən eşitdik. Belə bir şey olsa,
əvvəlcədən proqram vasitəsi ilə əməkdaşlara məlumat verilərdi. Bu gün şirkət
tərəfindən əməkdaşlara bildiriş göndərilib. Bildirişdə qeyd olunur ki, "Wolt
Azərbaycan MMC”-nin bağlanması ilə bağlı yayılmış xəbərlər yanlışdır və şirkət
fəaliyyətini normal şəkildə davam etdirir”.
Məsələyə
münasibət bildirmək üçün AQTA ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza
cavab verən olmadı.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























