• $
  • €
  • ₽
  • ₺
  • £

Mağazada müştəri ehtiyatsızlığından ziyan dəyən mala görə ödənişi kim etməlidir?

Mağazada müştəri ehtiyatsızlığından ziyan dəyən mala görə ödənişi kim etməlidir?
16.08.2023 18:36
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür. 
 
Vəkil Vüqar Cavadovun sözlərinə görə, istehlakçı ehtiyatsızlıqdan hər-hansı bir məhsula zərər vurarsa, bu zaman dəymiş ziyan müştəri tərəfindən ödənilməlidir.
 
"İstehlakçının səhlənkarlığı ucbatından hansısa mala ziyan vurularsa, dəymiş ziyanı o ödəməlidir. Yetkinlik yaşına çatmayan şəxslərin vurduqları maddi ziyana görə onların valideynləri məsuliyyət daşıyır. Əgər, istehlakçı dəymiş ziyanı ödəməkdən imtina edərsə, sahibkar ona qarşı dəymiş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edə bilər", - vəkil deyib.
 
Mülki Məcələnin 615- ci maddəsinə görə Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır.

Əgər əmlak alıcıya  qeyd olunan şəkildə kassa , əmtəə çeki və ya malın ödənildiyini təsdiq edən digər sənəd verilməklə alıcının mülkiyyətinə keçməyibsə, əmlakla bağlı risklər mülkiyyətçinin,yəni  sahibkarın üzərinə düşür. 
 
Mülki Məcəllənin 1097- ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
 
Mağaza qırılan malların qiymətini alıcıdan (əgər bu təsadüfi halla baş verməyibsə) ya könüllü olaraq, ya da məhkəmə qaydası ilə ala bilər . Alıcı mallara vurulan zərərin təqsirkar hərəkətləri nəticəsində baş verdiyinə inanırsa, zərəri könüllü şəkildə ödəyə bilər. Lakin, alıcı özünü təqsirkar hesab etmirsə, mağaza rəhbərliyi onu ziyanın əvəzini verməyə məcbur etməyə haqqı yoxdur.
 
Mülki Məcəllənin 1103-cü maddəsinə görə on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
 
Eltac Nurullazadə
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol