• $
  • €
  • ₽
  • ₺
  • £

MN Ermənistanın yaydığı video ilə bağlı açıqlama verib

MN Ermənistanın yaydığı video ilə bağlı açıqlama verib
16.08.2023 18:01
Azərbaycan Müdafiə Nazirliyi bu gün sərhəddi keçən Ermənistan Ordusunun hərbi qulluqçusunun saxlanması ilə bağlı Ermənistan mətbuatının yaydığı videogörüntüləri təkzib edib. Bu barədə nazirliyinin sözçüsü Anar Eyvazov bildirib. 

"Ermənistan Müdafiə Nazirliyi uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır", - açıqlamada deyilir. 
 
Ermənistan Müdafiə Nazirliyi bu gün videogörüntü yayaraq vurğulayıb ki, Azərbaycan Ordusu tərəfindən erməni hərbçi saxlanılıb. 
 
Azərbaycan Müdafiə Nazirliyi avqustun 16-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlandığını açıqlayıb. Bildirib ki, Ermənistan hərbçisi Azərbaycan tərəfə keçməyə cəhd edib. Kəşfiyyat-diversiya qrupunun digər üvləri geri çəkilməyə məcbur edilib. Saxlanılan şəxsin 44 günlük müharibdə Azərbaycana qarşı döyüşdüyü məlum olub. 
 

 
Gülnar 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol