• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsmanın nümayəndələri Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüşüb

Ombudsmanın nümayəndələri Qubad İbadoğlu, Nazim Bəydəmirli və Əvəz Zeynallı ilə görüşüb
16.08.2023 18:16
Azərbaycan Ombudsmanının Milli Preventiv Qrupunun üzvləri tanınmış iqtisadçı və siyasətçi Qubad İbadoğlu, Milli Məclisin keçmiş deputatı Nazim Bəydəmirli və Xural TV saytının təsisçisi Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında konfedensial şəkildə ziyarət görüşüb. Bu barədə Ombudsman Aparatının avqustun 16-na olan məlumatında deyilir.

Hər kəslə ayrı-ayrılıqda görüşlər keçirilib, saxlanma şəraiti, tibbi xidmətin vəziyyəti yoxlanılıb, müraciətlərinə baxılıb. 
 
Ombusman aparatının yayımladığı bəyanatda  hər üç ziyarətolunanın sağlamlıq durumu və saxlanmaşəraiti ilə bağlı  hər hansı məlumat yer almayıb.
 
Amma  Qubad İbadoğlunun  ailə üzvləri və vəkili iqtisadçının vəziyyətinin təcridxanadakı pis şəraitə görə daha da pisləşməsi barədə açıqlamalar verib. 
 
Penitensiar Xidmət isə İbadoğlunun saxlanma şəraitinin beynəlxalq standartlara cavab verdiyini iddia edir.

Azərbaycan Demokratiya və Rifah Partiyasının 52 yaşlı lideri Qubad İbadoğluiyulun 23-də  Bakıda saxlanılıb, ertəsi gün isə həbs edilib.  O, saxta pul hazırlamaqda ittiham olunur.

Onun qardaşı Qabil Bayramov  bildirib ki, İbadoğlu Bakı SİZO-1-də dar kamerada saxlanılır.
 
"Qardaşım daha dörd məhbusla birlikdə saxlanılır. Halbuki kamera iki nəfər üçün nəzərdə tutulub. Bu səbəbdən orada hava daim "ağır" olur. Şəkər xəstəliyindən əziyyət çəkən Qubadın qanında şəkərin səviyyəsi yüksəkdir.  Təmiz havanın olmaması  səbəbindən təzyiqi normallaşdırmaq mümkün deyil”, - Bayramov bildirib.

İbadoğlunun vəkili  Zibeydə Sadıqova da  saxlanma şəraitindəki problemlər və müdafiə etdiyi şəxsin səhhətinin pisləşməsi ilə bağlı açıqlama verib. 
 
İqtisadçı  Nazim Baydəmirli  iyulun 5-də 4 ay müddətinə həbs edilib. Ona Cinayət Məcəlləsinin "xeyli miqdarda əmlakı ələ keçirmə məqsədi ilə hədə-qorxu ilə tələb etmə” maddəsi ilə ittiham irəli sürülüb.  Bəydəmirli özünü təqsirli bilməyib və apellyasiya şikayəti vermək niyyətindədir.

 O, həbsdən sonra vəkilinə zəng edərək Gədəbəy rayonunun Söyudlu kəndində baş verən iğtişaşlarla bağlı vəzifəsinə görə həbs edildiyini bildirib. Onun saxlanma şəraiti və sağlamlığı barədə yaxnları, o cümlədən vəkilləri bəyanatlar səsləndirməyib. 
 
Xural TV rəhbəri Əvəz Zeynallının da səhhəti və sağlamlıqşəraiti ilə bağlı açıqlamalar verilməyib.
 
N.Təbrizli




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol