Diaspor təşkilatları və Koordinasiya şuraları bəyanat yayıb

Xarici ölkələrdə fəaliyyət göstərən 15 Koordinasiya Şurası və 38 ölkədəki Azərbaycan diaspor təşkilatı Cənubi Qafqaz bölgəsində yaranmış vəziyyət və Azərbaycanın sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
"Report” xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş vermiş müharibədən sonrakı vəziyyətlə bağlı qalmış aktual problemlərə diqqət cəlb edilib.
Nəzərə çatdırılıb ki, Errmənistanda revanşist əhval-ruhiyyəli qüvvələr və dünyadakı erməni diasporu bölgədə dayanıqlı sülhə nail olmaq məsələsini çətinləşdirir.
Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında dəhşətli dağıntılar və ekoloji terror törətdiyini, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbçisinin öldüyünü və yaralandığını bir daha xatırladan diaspor təşkilatları bəyan ediblər ki, erməni tərəfinin əsassız iddialarına baxmayaraq, Qarabağla bütün kommunikasiya yolları açıqdır.
"Biz sülhü çox istəyirik – bu, bizim sarsılmaz mövqeyimiz olaraq qalmaqdadır”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























