• $
  • €
  • ₽
  • ₺
  • £

BMT İnsan haqları ofisi İbadoğlunun həbsi ilə bağlı narahatlığını bildirib

BMT İnsan haqları ofisi İbadoğlunun həbsi ilə bağlı narahatlığını bildirib
16.08.2023 18:47
BMT-nin İnsan Hüquqları iyulun 23-də həbs edilən və saxta pul istehsalında ittihamolunan Qubad İbadoğlunun həbsindən və saxlanma şəraitindən narahat olduğunu bildirib. Bu barədə təşkilatın Tvitter hesabında məlumat yerləşdirilib.
 
"Həbsdə olan müxalifət xadimi, alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlər bizi dərindən narahat edir. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq", - məlumatda bildirilib. 
 

 
Qubad İbadoğlunun  ailə üzvləri və vəkili iqtisadçının vəziyyətinin təcridxanadakı pis şəraitə görə daha da pisləşməsi barədə açıqlamalar verib. 
 
Penitensiar Xidmət isə İbadoğlunun saxlanma şəraitinin beynəlxalq standartlara cavab verdiyini iddia edir.

Azərbaycan Demokratiya və Rifah Partiyasının 52 yaşlı lideri Qubad İbadoğluiyulun 23-də  Bakıda saxlanılıb, ertəsi gün isə həbs edilib.  O, saxta pul hazırlamaqda ittiham olunur.

Onun qardaşı Qabil Bayramov  bildirib ki, İbadoğlu Bakı SİZO-1-də dar kamerada saxlanılır.
 
"Qardaşım daha dörd məhbusla birlikdə saxlanılır. Halbuki kamera iki nəfər üçün nəzərdə tutulub. Bu səbəbdən orada hava daim "ağır" olur. Şəkər xəstəliyindən əziyyət çəkən Qubadın qanında şəkərin səviyyəsi yüksəkdir.  Təmiz havanın olmaması  səbəbindən təzyiqi normallaşdırmaq mümkün deyil”, - Bayramov bildirib.

İbadoğlunun vəkili  Zibeydə Sadıqova da  saxlanma şəraitindəki problemlər və müdafiə etdiyi şəxsin səhhətinin pisləşməsi ilə bağlı açıqlama verib. 
 
N.Təbrizli
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol