• $
  • €
  • ₽
  • ₺
  • £

Minaların axtarışına daha 6 it cəlb olunub

Minaların axtarışına daha 6 it cəlb olunub
17.08.2023 16:33
Qarabağda minaların axtarışına daha  6 baş Malinua cinsli it cəlb edilib. Bu barədə ANAMA-dan məlumat verilib. 
 
Xüsusi hazırlıqlar keçmiş itlər yaxın zamanda minaların axtarışına cəlb olunacaq. 
 
Avqustun 4-də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Ermənistandan minalanmış ərazilərin xəritəsini dərhal verməklə bağlı tələb irəli sürüb.
 Yaşar Əliyev bildirib ki, Azərbaycan ərazisinə 1,5 milyondan çox mina yerləşdirilib və Ermənistan bununla bağlı doğru məlumatları hələ də vermir. 
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) son məlumatlarına görə, iyulda Qarabağda 190 piyada əlehinə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 238 tank əleyhinə mina, 525 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bundan əvvəl, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanın minalarla bağlı təqdim etdiyi xəritənin reallıq faizi 25%-dir və bu çox aşağı göstəricidir. 
 
İyulun 13-də Azərbaycan Prezidentin Qarabağdakı xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata açıqlamasında bildirib ki, azad olmuş ərazilərdə 42,635 hektar ərazi minadan təmizlənib. 
 
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb. 

2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib. 

2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
 
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol