• $
  • €
  • ₽
  • ₺
  • £

Gubad İbadoğlunun ailəsi sovqatların ona çatdırılmamasından şikayətlənib

Gubad İbadoğlunun ailəsi sovqatların ona çatdırılmamasından şikayətlənib
17.08.2023 17:38
1 saylı İstintaq Təcridxanasının rəhbərliyi Qubad İbadoğlunun ailəsinin ona göndərdiyi sovqatların bir hissəsini geri qaytarır. Bu barədə onun qardaşı Qalib Toğrul bildirib.

"Dünən məlum oldu ki, rəhbərlik ona evdən göndərdiyimiz yeməklərin və digər əşyaların bir qismini müsadirə edir. Sovqatlar qəbul edilir. Amma sonra bilirik ki, kitab və pəhriz yeməkləri müsadirə edilir. Qubad şəkər xəstəliyindən əziyyət çəkir və pəhriz saxlamalıdır", -  Qubad İbadoğlunun qardaşı bildirib.

Onun sözlərinə görə, saxlanma kamerasında bərbad vəziyyətdə olan tualetin təmizlənməsi üçün ailənin göndərdiyi "Domestos" yuyucu vasitəsi də həbsxana əməkdaşları tərəfindən sovqatdan çıxarılıb. 

Müxalifət partiyasının lideri, tanınmış iqtisadçı Qubad İbadoğlu saxta pul hazırlamaq maddəsi ilə ittiham olunur. Bu ittihamdan əvvəl hüquq mühafizə orqanları onu FETÖ təşkilatına qoşulmaqda ittiham edirdilər. 
 
Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr bölümündən isə bildiriblər ki, Qubad İbadoğluna göndərilən sovqatların hamısı ona verilir. 
 
"Həbs edilmiş şəxs Qubad İbadoğluna göndərilən sovqatların bir hissəsinin ona çatmadığı barədə qardaşı tərəfindən sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.  Belə ki,Qubad İbadoğlunun ailə üzvləri tərəfindən təcridxanaya gətirilən bütün sovqatlar siyahı üzrə qəbul olunur.  Həbs edilmiş şəxs sovqatdakı bütün məhsulları aldığını öz imzası ilə təsdiqləyir",  - məlumatda deyilir. 
 
Qubad İbadoğlunun saxlanma şəraiti yalnız onun ailə üzvləri deyil həmçinin beynəlxalq hüquq müdafiəsi təşkilatları tərəfindən də pislənib. 
 
BMT-nin İnsan Hüquqları ofisi Qubad İbadoğlunun həbsindən və saxlanma şəraitindən narahat olduğunu bildirib. Bu barədə təşkilatın Tvitter hesabında məlumat yerləşdirilib.
 
"Həbsdə olan müxalifət xadimi, alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlər bizi dərindən narahat edir. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq", - məlumatda bildirilib. 
 
Ondan qabaq ABŞ Dövlət Departamenti, Böyük Britaniyanın, Fransanın, ABŞ-ın  Azərbaycandakı səfirlikləri professorun saxlanma şəraitindən narahat olduqlarını vurğulayıblar. 
 
N.Təbrizli 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol