Musiqi məktəblərinə işə qəbulun müsahibə mərhələsi üçün qeydiyyat başlayır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün qeydiyyat başlanır.
Bu barədə Mədəniyyət Nazirliyindən xəbər verilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il 4 aprel tarixli 3-24/3-1-f-63/2023 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir.
müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal (Bakı şəhərinin məktəbləri üzrə 49 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 42 bal), simli alətlər (violonçel və kontrabas), klassik və milli nəfəsli alətlər, xoreoqrafiya ixtisasları üzrə 30 bal (Bakı şəhərinin məktəbləri üzrə 44 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 37 bal) toplamış namizədlər iştirak edə bilərlər.
Müsahibə mərhələsi üzrə qeydiyyat və vakansiya seçimi 18 avqust 2023-cü il saat 09:00-dan etibarən aşağıdakı linklər vasitəsilə aparılacaqdır https://bit.ly/3QZZ00b (direktor və direktor müavini vəzifələri üzrə) http://bit.ly/45aSEiI (müəllimlər üzrə).
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























