Son 28 gündə koronavirusa yoluxanların sayı artıb - ÜST

Son 28 gündə dünyada koronavirusa yoluxanların sayı 63% artıb. Bu barədə ÜST-ün rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, iyulun 17-dən avqustun 13-nə kimi olan məlumata görə yoluxma sayı 1,4 milyona, ölüm sayı isə 2,3 minə çatıb. Bu dövr ərzində ölənlərin sayında 56% azalma müşahidə olunub.
ÜST-ün koronavirusla bağlı son yayılan RG.5 ştamına isə 50 ölkədə rast gəlinib.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-nə kimi uzadılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-nə kimi uzadılıb. COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























