Füzuliyə ilk 23 ailə köçürülüb

Avqustun 18-də iyirmi üç ailə olmaqla 90 nəfər Füzuliyə yola salınıb. Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
www.anews.az
Bildirilir ki, köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov bildirib ki, ilin sonuna kimi daha 2000 nəfərin öz evinə qaytarılması prosesi nəzərdə tutulub.
Bundan əvvəl, 221 ailə olmaqla 858 nəfərin Laçına qaytarılması təmin olunub.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.
Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























