• $
  • €
  • ₽
  • ₺
  • £

Bu dərmanlar ucuzlaşacaq

Bu dərmanlar ucuzlaşacaq
19.08.2023 15:08
Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən "Dərman vasitələri haqqında” qanunun qüvvəyə minməsi zaman içərisində Azərbaycanda həm dərman vasitələrinin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də bolluq şəraitində qiymətlərin tənzimlənməsinə kömək edəcək.

Bu barədə  Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, mühüm və beynəlxalq səviyyədə qəbul olunmuş dəyişiklikləri özündə ehtiva edən bu qanunun qüvvəyə minməsi bu gün ölkədə dərman qeydiyyatı ilə bağlı hər hansı səbəbdən olan çətinliyin, xüsusən də qeydiyyatın həyata keçirilməsindəki süründürməçiliyin aradan qalxmasına imkan verəcək.

"Beynəlxalq dərman sektorunda fəaliyyət göstərən iri şirkətlər və zavodlar Azərbaycanda qeydiyyat sistemi asanlaşdığı üçün bütün dərman vasitələrini ölkədə qeydiyyatdan keçirməyə və qanuni yollarla gətirməyə maraqlı olacaq ki, bu da qiymətləri tənzimləyəcək, dərmanların nəzarətsiz şəkildə yüksək qiymətlərlə satılmasının qarşısını alacaq.

Bu gün qonşu ölkələrlə, xüsusən Türkiyə ilə müqayisədə bəzən üç-dörd dəfə baha satılan dərmanlar qeydiyyatı olmayan dərmanlardır. Dərman vasitəsi qeydiyyata düşmədiyi zaman əlbəttə fərqli yollarla fərdi insanlar və ya təşkilatlar tərəfindən ölkəyə gətirilir və belə olduğu halda dərman vasitəsi aidiyyatı qurumların nəzarətindən qaçacaq şəkildə yüksək qiymətlərlə satılır.

Bu qanun daha əvvəl davamlı şəkildə təşkilatlar tərəfindən şikayət olunan, hər hansı bir dərman vasitəsinin 8 ay, il yarım davam edən qeydiyyat prosesini asanlaşdıraraq çox qısa müddət ərzində həllinə kömək edəcək. İnanırıq ki, bunlar gələcəkdə arzulanan nəticənin əldə edilməsinə imkan verəcək”, – deyə Rəşad Mahmudov əlavə edib.

Avqustun 15-də Prezident İlham Əliyevin fərmanı ilə "Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər təsdiq edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol