Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 avqust saat 22:00-dan 20 avqust saat 06:00-dək və 20 avqust saat 22:00-dan 21 avqust saat 06:00-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, işlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























