Sabah Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq

Sabah Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər ("Sahil" metrostansiyası yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə bağlıdır.
O, bildirib ki, küçənin bu hissəsində avqustun 20-də nəqliyyatın hərəkəti tam bağlanacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























