Azərbaycanda "WhatsApp"la bağlı problem yaranıb- AÇIQLAMA

Azərbaycanda "WhatsApp" tətbiqinin işləməsində problem yaranıb. Bu barədə istifadəçilər digər sosial şəbəkə hesablarında məlumat yayıblar.
WhatsApp istifadəçilərinin sözlərinə görə, hesabları bağlanır və bloka düşürlər.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən anews.az-a bildirilib ki, məsələ ilə əlaqədar Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır.
"Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə bu barədə məlumat təqdim ediləcək. Həmçinin, vətəndaşlara "WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir. Təlimatla bu linkə (https://www.youtube.com/watch?v=zy18ynGtSjk) keçid edərək tanış olmaq mümkündür",- qurumdan bildirilib.
WhatsApp tətbiqi 2009-cu ildə ABŞ-da yaradılıb. Tətbiq Amerika Birləşmiş Ştatlarının texnoloji konqlomeratı "Meta Platforms”a məxsus pulsuz proqram təminatı, çarpaz platforma, mərkəzləşdirilmiş ani mesajlaşma və IP üzərindən səsli xidmətdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























