• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlunun ABŞ-də yaşayan oğlunun evinə basqın edilib

Qubad İbadoğlunun ABŞ-də yaşayan oğlunun evinə basqın edilib
21.08.2023 15:00
Siyasətçi Qubad İbadoğlunun ABŞ-də yaşayan oğlu Emin Bayramovun yaşadığı evə basqın edilib.  Bu barədə Abzas mediaya siyasətçinin oğlu məlumat verib.
 
O bildirib ki, hadisənin Azərbaycan dövlət orqanları tərəfindən törədildiyi qənaətindədir.

"Çox qorxuludur ki, bu qədər yaxın gələ bilirlər. Bunlar hamısı Azərbaycan dövlətindən gözlənilən bir şeydir. Beynəlxalq hüquq müdafiəçilərilə danışdım, dedilər ki, bu klassik taktikadır, səni qorxutmağa çalışırlar. Sanki ğöz dağı verirlər ki, biz burdayıq, səni tanıyırıq. Polisə şikayət etmişəm. Ancaq mən qorxmuram. Atamı orda tutublar, yemək vermirlər, dərman vermirlər, ölümə məhkum ediblər. Az da olsa qorxum yoxdur və görüşlərimi davam etdirəcəm. Kimlər bunu edibsə, onlar başa düşməzlər ata sevgisi nədir, ölkə sevgisi nədir. Onlarda bu yoxdur” , - o bildirib.
 
Bayramovun sözlərinə görə, otağından atasına aid sənədlər oğurlanıb.
 
Bu barədə Azərbaycan hökuməti hər hansı açıqlama verməyib. 
 
BMT-nin İnsan Hüquqları ofisi Qubad İbadoğlunun həbsindən və saxlanma şəraitindən narahat olduğunu bildirib. Bu barədə təşkilatın Tvitter hesabında məlumat yerləşdirilib.
 
"Həbsdə olan müxalifət xadimi, alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlər bizi dərindən narahat edir. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq", - məlumatda bildirilib. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 

Aytac Zeynalova



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol