Azad edilmiş ərazilərdə daha 337 mina aşkarlanıb- RƏSMİ

İşğaldan azad edilmiş ərazilərdən 234 piyada əleyhinə mina aşkarlanıb. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 234 piyada əleyhinə və 103 tank əleyhinə mina, 53 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 453, 90 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib