Sumqayıtda idman müəllimi həbs edilib

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ceyhun Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam edir.
Məsələ ilə bağlı ilk məlumatı Bakupost.az yayıb. Xəbərdə bildirilib ki, Əliyev Ceyhun Xasay oğlu yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq edib.
Valideynlərin şikayətindən sonra müəllim həbs edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























