• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda azərbaycanlılar aksiya keçirdi

Gürcüstanda azərbaycanlılar aksiya keçirdi
07.03.2014 18:09
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneulinin Baydar kəndində 60 nəfərin iştirak etdiyi aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, kənd sakinləri torpaq tələbi ilə çıxışlar ediblər. Sakinlər bildiriblər ki, illərlə kənd sakinlərinin əkdikləri 70 hektar əkin sahəsi və 40 hektar otlaq sahə onların əllərindən alınaraq, qeyri-qanuni yolla başqalarına satılıb. Aksiyada Gürcüstan hakimiyyətindən bu vacib məsələni araşdırmaq tələb olunub. Kənd sakinləri daha sonra Kvemo-Kartli quberniya rəhbərliyinə tələblərini bildirmək üçün Rustavi şəhərinə gediblər. Kvemo-Kartli bölgə qubernatorunun müavini Ramin İsmayılov 5 nəfəri qəbul edərək onların tələbi ilə tanış olub. R.İsmayılov aksiya iştirakçılarının tələb etdikləri 110 hektar torpaq sahəsi 2007-2009-cu illərdə hərrac vasitəsilə satıldığını bildirib: “Torpaqların qeyri-qanuni yolla kimlərə satılması prosesi araşdırılmalıdır. Bunun üçün sakinlər məhkəməyə müraciət etməlidir”. Qubernator müavini onu da əlavə edib ki, yeni hakimiyyətin fəaliyyəti dövründə torpaq satışı ilə bağlı heç bir hərrac keçirilməyib: “Yaxın gələcəkdə Gürcüstan parlamenti torpağın icarəyə və satışa verilməsi üçün yeni qanun qəbul edəcək. Torpaqlar heç vaxt xarici vətəndaşlara satılmayacaq və torpaq ilk öncə onun ilk sahiblərinə veriləcək”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol