• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb

Xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb
23.08.2023 13:53
2023-cü ilin yeddi ayında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarının ümumi sayı 993,5 min nəfər olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana - 32,5 %, Türkiyəyə - 6,4 % artıb, İrana - 24,7 % azalıb. Azərbaycan vətəndaşlarının 42,5 %-i Türkiyəyə, 22,7 %-i Rusiyaya, 9,2 %-i Gürcüstana, 7,7 %-i İrana, 17,9 %-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5 %-ni kişilər, 33,5 %-ni qadınlar təşkil edib.

Məlumata görə, xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68 %-i hava, 29,3 %-i dəmir yolu və avtomobil, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.
 
Bu ilin yanvar-iyulunda Azərbaycana 183 ölkəsindən 1 milyon 143,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
 
Cari ilin yanvar-fevralında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 218 min nəfər olub.
 
Aytac Zeynalova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol