“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir

"Bakcell”in baş sponsorluğu, "YAŞAT”
Fondunun və "ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən
və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü "YAŞAT” düşərgəsi
davam edir.
Düşərgə ərzində uşaqlar üçün
interaktiv təlimlər, tanınmış şəxslər ilə görüşlər, ekskursiyalar, təlim və
konsultasiyalar, eləcə də əyləncəli konsert proqramları keçirilir.
Uşaqlar "Scratch” proqramlaşdırma platformu üzərində öz qısa cizgi filmini kodlaşdırıblar. Bu fəaliyyət düşərgə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şəhid və qazilərin ailə üzvlərinə
qayğı və diqqətin göstərilməsi "Bakcell” şirkətinin KSM proqramının əsas
istiqamətlərindən biridir.
"Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə
daxildir.
Məlumat üçün bildirək ki, şəhid və
qazi ailələrinə dəstək NEQSOL Holding və "YAŞAT” Fondu arasında bu ilin əvvəlində
imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən,
NEQSOL Holding "YAŞAT” Fonduna bu il üçün 500 min AZN vəsait ayırıb. Vəsait
hesabına il ərzində şəhid ailələrinə və qazilərə müxtəlif sosial dəstək göstərilir,
eləcə də bir sıra xüsusi layihələr həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























