Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib- VİDEO

Paytaxtın Nəsimi rayonu ərazisində 16 yaşlı yeniyetməyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi barədə polis orqanına məlumat daxil olub. Bu barədə anews.az saytına Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev nəlumat verib.
O bildirib ki, şəxsi münasibətlər zəmnində həmyaşıdına kəsici-deşici alətlə xəsarətlər yetirilib.
"Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub",- Nurlan Əliyev əlavə edib.
Araşdırmalar davam etdirilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























