Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

2023-cü ilin yanvar-iyulunda 90 uşaq övladlığa verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlardan 45 nəfəri oğlan, 45 nəfəri isə qızdır.
Cari ildə reinteqrasiya tədbirləri nəticəsində uşaq müəssisələrindən 103 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 54-ü oğlan, 49-u olub.
2022-ci ildə 215 uşaq övladlığa verilib. Onlardan 110 nəfəri oğlan, 115 nəfəri isə qızdır.
Ötən il övladlığa götürülən uşaqlardan geri qaytarılan olmayıb. Qeyd edilən dövrdə 1 valideynlik hüququndan məhrum olunma halı olub.
Prezidentin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu proses "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə həyata keçirilir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























