Müdafiə Nazirliyinin üç polkovniki məhkəmə qarşısına çıxarılır

Müdafiə Nazirliyinin mənimsəməyə görə həbs edilən sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində baxılacaq. Təqsirləndirilən şəxslər - Fikrət Mirzəyev, Mahir Şirvanov və Məlikməmməd Qurbanovun cinayət işləri ayrı-ayrılıqda icraata verilib.
Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər üç polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























