• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada təcili eniş edən “Silk Way Airlines” təyyarəsi uçuşa hazırlaşır

Almaniyada təcili eniş edən “Silk Way Airlines” təyyarəsi uçuşa hazırlaşır
24.08.2023 20:33
Azərbaycanın "Silk Way Airlines” aviaşirkətinin Leypsiq-Qao (Mali) reysini həyata keçirən "İl-76” təyyarəsi Almaniyadan havaya qalxdıqdan qısa müddət sonra hidravlik sistemində nasazlıqla üzləşib və uçuş aeroportunda eniş etmək məcburiyyətində qalıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, təyyarə Almaniyanın şərqindəki "Leypsiq-Halle” hava limanına təhlükəsiz eniş edib və texniki xidmətdədir.

"Uçuş proqramına əsasən, onun bir neçə saatdan sonra uçuş həyata keçirəcəyi gözlənilir. Qeyd edək ki, bu vəziyyət heç bir şəkildə uçuşların təhlükəsizliyinə təsir göstərmir. Nəzərinizə çatdırmaq istərdik ki, uçuş əməliyyatları qaydalarına və istehsalçının göstərişlərinə, habelə yerüstü xidmətlərin təlimatlarına uyğun olaraq, hava gəmisi plandankənar eniş zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə göyərtədə olan yanacaq müvafiq normaya uyğun hala gətirilməlidir”, - "Silk Way Airlines”dən bildiriblər.

Yanacağı yandırmaq üçün "İl-76” pilotları Erfurt şəhəri üzərində 11 dövrə vurub və bu, təxminən üç saat çəkib. Yerli vaxtla saat 13:54-də təyyarə "Leypsiq-Halle” hava limanına enib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol