Naxçıvanda vəkillərin sayı azalıb- Anar Bağırov

Naxçıvanda vəkillərin sayı azalır. Bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
"Bu bizi narahat edir. Son 5 ildə Azərbaycanda vəkillərin sayının artmasına baxmayaraq, Naxçıvanda azalma müşahidə edilir. Bu da bizi narahat edən əsas amillərdən biridir. Biz bu istiqamətdə dəstəyimizi davam etdirməliyik", - sədr vurğulayıb.
Sədr vurğulayıb ki, Naxçıvanda vəkillərin sayının artması üçün əvvəlcə vaxtaşırı olaraq imtahanlar və qəbul keçirilməlidir.
Azərbaycan hazırda 2 min 300 nəfər vəkil fəaliyyət göstərir.
2018-ci il fevralın 22-də qəbul olunmuş "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncam imzalanıb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























