Azərbaycanda 7 ayda 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb- RƏSMİ

2023-cü ilin7 ayında respublika üzrə piyadaların vurulması ilə nəticələnən 350 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu da ümumi yol qəzalarının 37,3 faizi deməkdir. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakı şəhəri üzrə isə bu göstərici 55 faiz təşkil edir.
Belə ki, hesabat dövründə paytaxtda 133 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 65 nəfər həyatını itirib, 77 nəfər isə yaralanıb.
2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. 269 piyadanı isə avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Moped sürücüləri isə 14 hadisə törədib. Nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb.
Velosipedlə törədilən 4 qəzada isə 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib