Yeni rektor təqdim olundu

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynov bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir Mikayıl Cabbarov Elxan Hüseynovu yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.SDU-nun rektoru Elxan Hüseynov ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. Məlumat üçün qeyd edək ki, Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor-tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən təhsil nazirinin müşaviri vəzifəsində işləyib. 2013-cü ilin dekabrın 18-dən SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və müvəqqəti olaraq bu ali məktəbin rektoru vəzifəsini icra edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























