Azəriqaz abonentlərə xəbərdarlıq edib

Sayğacdan sonra layihə-smeta sənədlərinə uyğun olaraq heç bir kəməri bağlı yerlə aparmaq olmaz. Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır.
"Azəriqaz” İB xəbər verir ki, bu sözləri İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Qurum rəsmisinin sözlərinə görə, bəzi abonentlər gizli şəkildə qaz borularını yerin altı ilə çəkir.
"Bu kimi edilən dəyişikliklər sonda bədbəxt hadisə ilə nəticələnir. Abonentlərdən bu mövzuda son dərəcə diqqətli olmaları xahiş olunur. Qaz borularının yerin altı ilə aparılması qadağandır. Bu zaman qaz sızması halları yoxlanışlarda hiss olunmadığından əksər hallarda partlayış baş verir. Buna görə də mümkün qədər diqqətli olmaq lazımdır”, - deyə şöbə rəisi bildirib.
İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev sosial şəbəkə üzərindən borc saldosunun necə əldə olunması ilə bağlı ünvanlanan suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərinə müraciət etməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























