Magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verilir

Avqustun 28-i saat 11:00-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesinə start veriləcək.
Müraciətçilər https://portal.edu.az/ vasitəsilə qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Elektron sistem üzrə qeydiyyat 4 sentyabr saat 18:00-da yekunlaşacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























