Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 6 % artıb

Bu ilin yanvar-iyul aylarında 436 min 335 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə səyahət edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bu, ötən ilin eyni dövrünə nisbətən 23 min 839 nəfər və yaxud 5,7 % çoxdur.
7 ay ərzində Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edənlərin 1,6 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyəyə ən çox səfər edənlər Almaniya, Rusiya, İngiltərə, Polşa və Bolqarıstan vətəndaşları olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























