• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda faktiki və gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda faktiki və gözlənilən hava şəraiti açıqlanıb
27.08.2023 17:50
Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən, ölkə ərazisində yağmursuz hava şərati hökm sürür.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Qəbələ, Qax , Şəki, Tərtər, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında yağan leysan xarakterli yağış səhər saatlarından kəsilib.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gulşad Məmmədova isə saat 16:00-a olan məlumat əsasında bildirib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur:

"Hazırda İsmayıllı rayonunda 25, Göyçayda 30, Qəbələdə 25, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 29 dərəcəyədək, Aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunur.

Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol