Azərbaycanda skuterlərin icarəsinə qadağa qoyula bilərmi?- Açıqlama

Sentyabrın 1-dən Parisdə elektriklə işləyən skuterlərin icarəsi qadağan ediləcək. Bu barədə ölkədə qərar qəbul olunub.
Qərara görə, Paris küçələrindən ümumilikdə 15 min icarəyə götürülmüş elektrik skuter yığışdırılacaq. Qərar skuterlərin yaratdığı problemlərlə və təhlükəsizliklə bağlı qəbul edilib.
Bundan əvvəl, Kosovanın Priştina Bələdiyyəsinin qərarına əsasən, meydanlarda elektrikli skuter və velosipeddən istifadə qadağan edilib. Bələdiyyə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə belə bir qərar qəbul etdiklərini bildirib.
Qərara görə, Paris küçələrindən ümumilikdə 15 min icarəyə götürülmüş elektrik skuter yığışdırılacaq. Qərar skuterlərin yaratdığı problemlərlə və təhlükəsizliklə bağlı qəbul edilib.
Bundan əvvəl, Kosovanın Priştina Bələdiyyəsinin qərarına əsasən, meydanlarda elektrikli skuter və velosipeddən istifadə qadağan edilib. Bələdiyyə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə belə bir qərar qəbul etdiklərini bildirib.
Milli Məclisin deputatı Razi Nurullayev deyir ki, Azərbaycanda skuterlərin qadağan edilməsi təhlükəsi yoxdur və bu məsələ gündəmdə deyil.
"Dünyanın bir çox ölkələrində skuterlərə qoyulan qadağalarla bağlı məlumatlar var. Azərbaycanda skuterlərə aid qadağaların qoyulması gündəmdə deyil. Bizdə skuterlərdən istifadə kütləvi hal daşımır. Sadəcə olaraq, əyləncə vasitəsi kimi istifadə olunur. Ancaq xarici ölkələrdə isə skuterlər nəqliyyat vasitəsi kimi istifadə olunur və insanlar onunla işə, bazarlığa, gündəlik işlərini həll etmək üçün istifadə edirlər. Bununla da digər nəqliyyat vasitələrinə maneələr törədirlər. Ancaq bu qanunun özündə bir absurdluq var. Bütün dünya yaşıl enerji nəqliyyatına keçir. Skuterlərdə bunlardan biridir. Burada başqa məqamlar da ola bilər. Məsələn şəhər içərisində skuterlərdən istifadə edildiyi üçün digər nəqliyyat növlərindən istifadə olunmur. Bəlkə də bu avtomobillərin satışına təsir göstərir. Avtomobil şirkətləri bunun qarşısını almaq istəyirlər və bu cür addım atırlar. Bu eyni zamanda benzinin satışına əngəl törədə bilər. Azərbaycanda isə əyləncə yerlərində əsasən, uşaqlar tərəfindən istifadə edilir. Bu da təhlükəli hallar yarada bilər. Bununla bağlı maarifləndirmə yönümlü işlər aparılsa, heç də təhlükəli anlar yaşanmaz",- deputat vurğulayıb.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva anews.az-a bildirib ki, küçə ticarətinə icazə verilmədiyi üçün dəniz kənarı bulvar ərazisində hər kəs öz şəxsi skuterlərini sürə bilər.
"Yeni qaydalara əsasən Milli Park ərazisində hərəkətdə olan skuterlərin sürət həddi maksimal olaraq 17 km/saat olması qərara alınıb, vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq. Yalnız icazə verilən ərazilərdə skuterlərin sürülməsinə icazə verilir. Ancaq bulvarın özündə icarəyə verilən skuterləri icarə götürüb sürülə bilər. Heç kim skuter gətirib icarəyə verə bilməz. Çünki şirkət tərərindən müqavilə imzalanır. ",- Əfsanə Mehdiyeva deyib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər.
"Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti "Yol hərəkəti haqqında” qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40 AZN, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 AZN məbləğində cərimələr müəyyən olunub",- Araz Əsgərli vurğulayıb.
2023-cü il iyunun 2-də Azərbaycanda "Vinks" və "J-RUN" şirkətləri vətəndaşlara fəaliyyətlərini dayandırdıqları barədə ismarıc göndərmişdilər.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























