ANAMA minadan təmizlənən ərazilərin sayını açıqladı

Avqustun 21-dən 27-dək işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən piyada əleyhinə 256, tank əleyhinə 92 mina və 71 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, ümumilikdə bu dövr ərzində 528,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib