• $
  • €
  • ₽
  • ₺
  • £

Cəriməsini ödəyən vətandaşın borcu nə üçün sistemdən silinmir?- Rəsmi açıqlama

Cəriməsini ödəyən vətandaşın borcu nə üçün sistemdən silinmir?- Rəsmi açıqlama
29.08.2023 12:29
Masallının Ürən kənd sakini Cəfər Baxışov yol polisi tərifəndən ona yazılan cəriməni ödəsə də, onun borcu sistemdən silinmədiyinə görə şikayət edir. O, bu barədə anews.az-a bildirib.
 
Şikayətçi bildirir ki, borcunu ödədiyi haqqında qəbzi polisə təqdim etsə də, polislər ona hələ də sistemdə borc göstərildiyini bildiriblər.
 
Cəfər Baxışov deyir ki, hal-hazırda maşını öz əmisi oğluna satıb. Polislər isə onun əmisi oğlunu saxlayaraq cərimənin ödənilməli olduğunu bildirirlər.
 
Məsələ ilə bağlı Azərbaycan Respublikası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, həmin şəxs cərimənin vaxtı keçdikdən uzun müddət sonra ödədiyi üçün bu hal yaranıb.
 
"Vətəndaş cəriməni vaxtında ödəmədiyi üçün yenidən protokol açılıb və məhkəmə sürücünün hüququna məhdudiyyət qoyub. Vaxtı keçmiş cərimələrdə sürücü ödənişi edərək, ərazi üzrə məhkəməyə müraciət edə bilər. Bu zaman  protokola xitam verilir. Həmin şəxs məhkəmənin qərarından sonra ödəniş etdiyi üçün bu cür hal yaranıb",- mətbuat xidmətindən bildirilib.
 
Eltac Nurullazadə
 

 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol