• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyev ev dustaqlığına yenə buraxılmadı

Bəxtiyar Hacıyev ev dustaqlığına yenə buraxılmadı
28.08.2023 15:26
Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsi ictimai fəla Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatətini təmin etməyib. Bu barədə onun vəkili Aqil Layıc deyib.  
 
"Bəxtiyar Hacıyevin ev dustaqlığına dair vəsatəti bu gün Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmədi", - vəkil sosial hesabında yazıb. 
 
İyulun 28-də Bakı Apellyasiya məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti oktyabrın 8-nə kimi uzadıb. 
 
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. 
 
O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb.

Fevralın 24-də məhkəmə onun haqqındakı həbs-qətimkan tədbirini daha 2 ay uzadıb. 

İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri aclıq aksiyası keçirirdi. Hacıyev həbsdə ikən onu gözdən salmaq üçün sosial media kanallarında kampaniya başladılıb. Burada onun şəxsi həyatına aid materiallar və intim görüntülər paylaşılıb. Bir çox ictimai və siyasi xadimlər ictimai fəalın fəaliyyətinə bu cür kölgə salmaq cəhdlərinin yolverilməz olduğunu bildiriblər. 

Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb. 

Fevralın 28-də, aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb ediblər.
 
İyunun 6-da istintaq orqanı Bəxtiyar Hacıyevin Bakıda özünün, Gəncədə atasının, Göygöldə qardaşının evində və avtomobillərində axtarış aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Amerikanın Səsi”nə bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.
 
Gülnar 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol