• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir il ərzində ölümə nə qədər pul xərclənib

Azərbaycanda bir il ərzində ölümə nə qədər pul xərclənib
07.03.2014 14:19
Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hər il müxtəlif səbəblərdən ölümlər qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində respublikamızda 60 minə yaxın ölüm halı qeydə alınır.Azərbaycanda ölümün əsas səbəbləri qan dövranı, yenitörəmələr, tənəffüs orqanlarının, həzm sistemlərinin xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrdir.Rəsmi statistika göstərir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanların ölüm səbəbləri arasında birinci yerdə dayanan qan dövranı (ürək-damar) sisteminin xəstəlikləri ildən-ilə artmaqdadır.Dövlət Statistika Komitəsinin məlumatına görə, 1963-cü ildən başlayaraq indiyədək respublikamızda ölüm səbəbləri sırasında ürək-damar sistemi xəstəlikləri öndə gedir.İndi ölkəmizdə ildə 30 mindən çox adam bu xəstəliyin qurbanı olur.Sonrakı yeri isə onkoloji xəstəliklər tutur. İqlim dəyişkənliyi, təbii qidalanmama son illər şiş xəstəliklərinin sayını artırıb. Səhiyyə Nazirliyi də bildirir ki, Azərbaycanda bu xəstəlik cavanlaşmaya doğru gedir. İndi ölkəmizdə ildə 6 minə yaxın adam yenitörəmələrin qurbanı olur.Azərbaycanda ölümün sonrakı səbəbi tənəffüs yolları xəstəlikləridir. Hər il 2 minə yaxın insan tənəffüs yolları xəstəliklərindən dünyasını dəyişir.Qalan ölüm səbəbləri yol qəzaları, digər bədbəxt hadisələr, travmalar, zəhərlənmə və zədələrdən baş verir. Ölüm səbəbləri sırasında sonrakı yerləri simptomlar və düzgün qeyd olunmamış hallar, sidik-cinsiyyət sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları, yoluxucu və parazitar xəstəliklər, əsəb sistemi və hissiyat orqanlarının xəstəlikləri tutur.Azərbaycanda anadangəlmə anomaliyalardan ildə 450-dən çox ölüm qeydə alınır.Ölkəmizdə vəfat etmiş şəxsin ailəsinə verilən birdəfəlik müavinətin (dəfnpulu) məbləği qanunvericiliyə görə, mərhumun əmək pensiyaçısı və ya işləyib-işləməməsindən asılıdır. Vəfat etmiş şəxs əmək pensiyaçısı olubsa, onun ailəsinə orta əmək pensiya məbləğinin 3 misli qədər dövlət yardımı ayrılır.Əgər mərhum işləyən şəxs olubsa, qanunvericilikdə həmin şəxsin ailəsinə dəfn üçün müəyyən olunmuş məbləğdə müavinət təyin edilir.2013-cü ildə əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına 62,3 milyon manat məbləğində müavinət ödənilib. Modern.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin illik hesabatında qeyd olunub. Həmin vəsaitin 14,9 faizi dəfn üçün ödənilən müavinətlərin payına düşür. Bu isə o deməkdir ki, 2013-cü ildə Azərbaycanda dünyasını dəyişmiş şəxslərin ailələrinə 9 milyon 282 min 700 manat dəfnpulu ödənilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol