Bu gün Sumqayıt və Sabunçunun bir hissəsində qaz olmayacaq

Bu gün saat 10:00-da Sumqayıt şəhərinin və Bakının Sabunçu rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azəriqaz İB məlumat yayıb.
Məlumatda deyilir ki, Sumqayıt QTM-dən qidalanan orta təzyiqli qaz kəmərinin 159 mm-lik hissəsinin yerinin dəyişdirilməsi və "Sabunçu ümumi” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə bağlı 29.08.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Novxanı, Corat və Novxanı bağları, 51, 52-ci məhəllələr, 13, 16, 17, 20 və 21-ci mikrorayonlar) və Sabunçu rayonunun Sabunçu qəsəbəsinin (2-ci mədən, Şəhər şosesi, Stansiyayanı, E.Mehdiyev, İ.Aslanov, S.Hüseyn, Qanbay Vəzirov, Musabəyov, Aydınbəyov, Y.Qasımov, Y.Əliyev, E.Saratov, R.Məcidov, T.Bünyadov, Mayakovski, Ə.Cavad, X.Natavan küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib