Sertifikasiyanın müsahibə mərhələsi nə vaxt olacaq?- Açıqlama

Növbəti həftələrdə nəticələr təsdiq ediləndən sonra müəllimlər üçün müsahibə dəvətləri olacaq. Bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli "müəllimlərin sertifikatlaşdırılması ilə bağlı vebinar" mövzusunda canlı yayımda bildirib.
"Müsahibələr online olaraq keçiriləcək. Hər bir Regional təhsil idarəsi tabeliyində bir müsahibə mərkəzi ayrılması nəzərdə tutulur",- mərkəz direktoru bildirib.
Bu mərhələ maksimum 40 balla qiymətləndirilir. Müəllimin proqram üzrə mövzunu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə, ünsiyyət bacarığı meyarlar üzrə ölçülür. Hər bir meyar 4 ballıq şkala əsasında qiymətləndirilir. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























