• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dəmir Yolları BMT-nin Qlobal Sazişinə üzv olub

Azərbaycan Dəmir Yolları BMT-nin Qlobal Sazişinə üzv olub
29.08.2023 18:30

Azərbaycan Dəmir Yolları QSC (ADY) Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub.

Bu barədə qurumdan məlumat verilib.

Qlobal Sazişə qoşulmaqla ADY hazırda nəqliyyat sahəsində dünyanın 500-ə yaxın nüfuzlu şirkətinin yer aldığı təşəbbüsdə Azərbaycanı təmsil edən ilk şirkət olub.

Bu təşəbbüsə qoşulmaqla ADY ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır.

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş öz üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçilərin hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə uyğunlaşdırmaq və "Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol